Zərif fransalı həmkarı ilə görüşüb
İran və Fransanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Jan İvo Lodrian Parisdə iki ölkə əlaqələrinin dərinləşdirilməsi və Asiyanın qərb məntəqəsinin olayları ətrafında fikir mübadiləsi aparıblar.
IRIB-nin məlumatına görə, dünən gecə keçirilmiş bu görüşdə tərəflər Suriya və İraq xüsusiyyət təşkil etməklə Yaxın Şərqdə böhranların davam etməsindən nigarançılıq edərək, terrorizmlə mübarizə üçün dünya ictimaiyyətinin vahid mövqedən çıxış etməsini istəyiblər.
İran və Fransanın xarici işlər nazirləri iki ölkə münasibətlərinin gücləndirilməsi yolları və nüvə anlaşması maddələrinin icrası barədə fikir mübadiləsi aparıblar.
Bu görüşdə Fransanın xarici işlər naziri Tehranın regiondakı müsbət aparıcı rolunu xüsusilə vurğulayıbdır.
İranın xarici işlər naziri İtaliya və Almaniya rəsmilərilə görüşüb, danışıqlar apardıqdan sonra Fransaya səfər edibdir.