Laricaninin Cənubi Koreyada mətbuat konfransı
İran İslam Şurası Məclisinin sədri Cənubi Koreyada mediya mənsubları ilə keçirdiyi mətbuat konfransında Trampın İran barədəki sözlərini ritorika adlandırıb və bildirib ki, İrana qarşı düşmənçilik siyasətləri indiyədək heç bir nəticə verməyibdir.
IRIB-nin məlumatına görə, Əli Laricani dünən Cənubi Koreyada mediya mənsubları ilə keçirdiyi mətbuat konfransında deyibdir ki, nüvə anlaşmasında ixtilafların həll edilməsi mexanizmi təyin olunub və hər kəsin ona etirazı vardırsa, məhz bu yolla hərəkət etməlidir.
Laricani Amerikanın nüvə anlaşmasının icrası yolunda sabotaj törətməsinə işarə edərək, söyləyib: Bu anlaşmanı pozmaq amerikalıların xeyrinə deyil və Amerika prezidentinin nüvə anlaşması ilə müxalifətləri bir ritorikadır.
İran İslam Şurası Məclisinin sədri İran-Ərəbistan əlaqələri barədəki suala cavabda isə belə qeyd edib: İran-Ərəbistan əlaqələrinin kəskinləşməsinin amili biz deyilik və səudlar bu yeni dövrdə düzgün davranmırlar. Eləcə də Ərəbistan-Qətər əlaqələrinin pozulmasının da İranla əlaqəsi yoxdur.
İran İslam Şurası Məclisinin sədri terrorizmin regionda genişlənməsi barədə deyib: İllər boyudur ki, terrorçular müxtəlif adlar altında Ərriyadın himayəsilə regionda, xüsusən Suriya və İraqda zahir olublar.
O, İranın İŞİD ilə mübarizə apardığını bəyan edərək, söyləyib: İran İŞİD-in yatırılmasında İraq və Suriyanın qanuni dövlətlərinə kömək edir və bu kömək və himayələri davam etdirəcəkdir.
İranın dünya ilə əlaqələri genişləndirmək ardınca olduğunu vurğulayan Laricani əlavə edib: İranın siyasətləri çox yüksək səviyyədə və Ali Milli Təhlükəsizlik Şurasında təyin olunur və bu zaman açıq gözlə siyasət seçilir; dünya ölkələrilə əlaqəyə malik olmaq da İranın və digər ölkələrin xeyrinədir.
Avrasiya ölkələrinin parlament sədrlərinin iclasında iştirak etmək üçün yüksək səvviyyəli bir nümayəndə heyətilə Cənubi Koreyaya səfər etmiş İran İslam Şurası Məclisinin sədri cümə günü səhər tezdən Tehrana geri dönübdür.
Laricani bu üçgünlük səfərdə Pakistan, Filippin, Azrərbaycan Respublikası, Ermənistan, Rusiya və Çexiya Respublikasının parlament sədrlərilə görüşlər keçiribdir.