İyul 07, 2017 14:40 Asia/Baku
  • Höccətülislam vəlmüslimin Kazım Siddiqi
    Höccətülislam vəlmüslimin Kazım Siddiqi

Tehranın bu həftəki cümə namazının xətibi qərbin insan haqlarının yalandan başqa bir şey olmadığını deyib: İnsan haqları dairələri Ali-Səud və Ali-Xəlifənin cinayətləri qarşısında sükut edirlər.

İRİB-in məlumatına görə, Höccətülislam vəlmüslimin Kazım Siddiqi Tehranın bu həftəki cümə namazının xütbələrində ABŞ-ın Səudiyyə Ərəbistanı və Bəhreyni hərtərəfli dəstəkləməsinə toxunaraq deyib: Ali-Səud və Ali-Xəlifə rejimləri ABŞ prezidenti Donald Trampın yaşıl işığı ilə Ərəbistan, Yəmən və Bəhreyn xalqlarını repressiya edirlər.

O həmçinin Azərbaycanda müsəlman dindar kəsimə göstərilən təzyiqləri də tənqid edib.

Tehranın müvəqqəti imam cüməsi əlavə edib: Bəhreyn, Yəmən xalqları və Ərəbistanın şərqinin əhalisinin vəziyyəti beynəlxalq insan haqları dairələrinin sükutu sayəsində təəssüfləndiricidir.

Tehranın cümə namazı xətibi həmçinin Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin bu ölkə hökuməti tərəfindən həbsdə saxlanılmasının davam etməsinə toxunaraq Nigeriya rəsmilərindən bu həbs barədə açıqlama vermələrini istəyib.

Tehranın cümə namazı xətibi İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlərin hüquqi araşdırılmasının vacibliyi barədə son bəyanatına toxunub və deyib: Məhkəmə Hakimiyyətinin öz üzərinə götürməli olduğu məsələlərdən biri beynəlxalq məsələlərin hüquqi araşdırılması, o cümlədən məzlumlara dəstək verilməsidir. 6 şəhidin atası, yaşlı adam olan Əllamə Şeyx Zəkzəki hansı günahına görə həbsdədir? Azərbaycan alimləri hansı günahlarına görə, həbsdədirlər? İran məzlumların carçısı olmalıdır və Məhkəmə Hakimiyyəti hüquqi çərçivədə bu mövzuları gündəmə gətirməlidir.

Höccətülislam vəlmüslimin Kazım Siddiqi həmçinin İran İslam Respublikası Məhkəmə Hakimiyyəti rəsmilərindən dünyada müsəlmanlar əleyhinə törədilən cinayətləri araşdırmasını və dünya məzlumlarının səsgücləndiricisi olmasını istəyib.

Qeyd edək ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ötən həftə bazar ertəsi günü Məhkəmə Hakimiyyətinin rəhbəri və rəsmiləri, eləcədə baş prokurorlarla görüşündə bildiriblər: Beynəlxalq məsələlərin hüquqi araşdırılması önəmlidir. Məhkəmə hakimiyyəti bu məsələlərə daxil ola və öz dəstək və ya müxalifət mövqeyini qətiyyətlə elan edə bilər. Belə ki, dünyada əks olunsun.