Zərif Nyu-Yorka gedir
İran İslam Respublikasının xarici işlər naziri BMT-nin yüksək səviyyəli siyasi rəsmilər iclasında iştirak etmək üçün bu gün səhər Nyu-Yorka doğru yola düşüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin yüksək səviyyəli siyasi rəsmilər iclasının kənarında müxtəlif ölkələrin mütəfəkkirləri, rəsmiləri və tanınmış simaları ilə də görüşüb, danışıqlar aparacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Zərifin 17 iyul tarixində ABŞ-ın Xarici Əlaqələr Şurasında (CFR) bu şuranın direktoru Riçard Hasın iştirakı ilə keçiriləcək toplantıda çıxış edəcəyini də bildirib.
BMT-nin yüksək səviyyəli siyasi rəsmilər iclasının əsas məqsədi dünyada yoxsulluq ilə mübarizə və inkişaf elan edilib. Bu iclas 10 iyul tarixində işə başlayıb və 19 iyula kimi davam edəcək.