İyul 19, 2017 14:45 Asia/Baku
  • Zərif: Beynəlxalq ictimaiyyət İranla anlaşmanı davam etdirir

İran xarici işlər naziri deyib: Beynəlxalq ictimaiyyət ABŞ-ın şou xarakterli sanksiyalarına diqqət yetirmədən İranla anlaşmanı davam etdirir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Qətərin Əlcəzirə televiziyası ilə müsahibədə ABŞ-ın İran əleyhinə yeni sanksiyalarını şou xarakterli adlandırıb və deyib: ABŞ-ınyeni hökuməti nüvə anlaşması və sanksiyaların ləğvi istiqamətində öz öhdəliklərini yerinə yetirmək əvəzinə beynəlxalq şəraiti zəhərləmək ardıncadır.

"Beynəlxalq ictimaiyyət sanksiyalar qarşısında ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsi və nüvə anlaşmasının ruhuna zidd hərəkətini uca səslə və aydın şəkildə elan edib. Belə ki, şou xarakterli sanksiyalara diqqət yetirmədən İranla anlaşmanı davam etdirir" -deyə Zərif əlavə edib.

ABŞ-ın Xəzinədarlıq Nazirliyi Vaşinqtonun İran İslam Respublikası əleyhinə düşmənçilik hərəkətlərinin davamında, 18 iranlı və xarici hüquqi və fiziki şəxsi müxtəlif bəhanələr, o cümlədən İranın raket proqramı ilə əlaqədar öz sanksiyalar siyahısına əlavə edib.

Halbuki ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü ikinci dəfə olaraq İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiqləmişdi.

ABŞ Xəzinədarlıq Nazirliyi 17 may 2017-ci ildə də İran və Çinin 7 şirkəti və fiziki şəxsinə İranın raket proqramı ilə əlaqədə olmaq bəhanəsi ilə sanksiya tətbiq etmişdi.

Teqlər