EKO nümayəndələri üçün təlim kursları təşkil edilir
İyul 25, 2017 11:27 Asia/Baku
İran İslam Respublikasının Xəritəçəkmə Təşkilatı İqtisadi Əməkdaşlıqlar Təşkilatına(İƏT) üzv ölkələrin nümayəndələri üçün 2-ci təlim kurslarını təşkil edir.
İRNA-nın verdiyi məlumata görə, 22 iyul tarixindən start götürən bu təlim kursları 27 iyula kimi davam edəcək. İƏT-ə üzv ölkələrin ekspertləri, Müdafiə Nazirliyinin Coğrafiya Təşkilatı və İranın Limanlar və Dənizçilik Təşkilatının nümayəndələri, İƏT-in İrandakı ofisinin nümayəndələri və İranın Xəritəçəkmə Təşkilatının ekspertləri bu təlim kurslarında iştirak edir.
İran, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Əfqanıstan və Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 10 ölkədir.