İyul 25, 2017 12:07 Asia/Baku
  • İranda 120 terror əməliyyatının zərərsizləşdirilməsi
    İranda 120 terror əməliyyatının zərərsizləşdirilməsi

İran İslam Respublikasının təhlükəsizlik naziri ötən bir neçə ildə İranda 120 terror aktının zərərsizləşdirilməsindən xəbər verib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Seyid Mahmud Ələvi Ərdəbildə deyib: Bu terror aktlarını törətməyə cəhd edənlərin hamısı ya həbs olunub, ya da məhv ediliblər.

İranın təhlükəsizlik naziri İranın hər hansı bir nöqtəsində əmin-amansızlığın olmadığını vurğulayıb və deyib: Təhlükəsizlik qüvvələri İran xalqının görən gözü və eşidən qulağıdır.

Seyid Mahmud Ələvi həmçinin deyib: İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi heç bir qüdrətə İrana nüfuz etmək və təxribatçılıq törətmək icazəsi vermir.

İranın təhlükəsizlik naziri daha sonra Tehranda törədilən son terror hücumlarına işarə edib və deyib: 2 gün ərzində bu terror aktları ilə birbaşa və ya dolayısı ilə əlaqəyə malik olan bütün tərəflər həbs edildi və bu çirkin hərəkətin kökləri üzə çıxarıldı.

Seyid Mahmud Ələvi dünya ölkələrinin İranın kəşfiyyat və təhlükəsizlik sahəsində bu qədər sürətli və çevik davranması qarşısında mat qaldığını deyərək, əlavə edib: Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə və silahlı qüvvələrin kənarında sabitlik və təhlükəsizliyi təmin etməklə yanaşı, İranın təhlükəsizliyini də ən yaxşı formada qoruyur.

Teqlər