Zərif: Ərsalda qələbə İslam Dünyası üçün bir dərsdir
Livan parlamentinin “Müqavimətə sədaqət” fraksiyasının bir qrup üzvü dünən axşam Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Məhəmməd Cavad Zərif bu görüşdə Livan ordusu və müqavimətin Suriya sərhədi yaxınlığında yerləşən Ərsal məntəqəsindəki son qələbələrini təbrik edərək, bu müvəffəqiyyəti livanlı qüvvələrin birliyinin nəticəsi adlandırıb.
“Müqavimətin qələbəsi hamı üçün, xüsusən İslam Dünyası üçün bir dərsdir” deyən İranın xarici işlər naziri söyləyib: Birlik və həmrəylik sayəsində böyük müvəffəqiyyətlərə nail olmaq olar.
Livan ərazisindəki Ərsal yüksəklikləri və Suriya ərazisindəki Qərbi Qələmun yüksəklikləri bir-birinə bağlı məntəqələrdir ki, son üç ildə Cibhətunnusrə başda olmaqla terror qruplarının iştirakının şahidi olubdur.
Bu iki məntəqənin azad edilməsi əməliyyatı Hizbullah qüvvələrinin mehvərliliyi ilə 2017-ci il iyulun 21-də başlanıb.
Bu əməliyyatın ilk üç günündə terrorçuların işğalında olan məntəqələrin yetmiş faizi azad edilib və bazar ertəsi günü də Cibhətunnusrə terrorçularının qərargahı olan "Vadi Əlxəyl" Hizbullah qüvvələrinin nəzarətinə keçibdir.