İran beynəlxalq kompüter olimpiadasında 84 ölkəyə ev sahibliyi edəcək
İyul 26, 2017 16:25 Asia/Baku
29-cu beynəlxalq kompüter olimpiadasının icraçı müdiri deyib: Dünyanın 84 ölkəsindən olan seçilmiş məktəbli komandaları iyulun 28-dən avqustun dördünədək İranda keçiriləcək beynəlxalq kompüter olimpiadasında iştirak edəcəklər.
IRNA-nın məlumatına görə, Həmidreza Əzəməti bu gün bir mətbuat konfransında bu elmi hadisəni İran üçün xüsusi bir fürsət adlandırıb və belə əlavə edib: Ötən il bu yarışlar Rusiyada və 83 ölkənin nümayəndələrinin iştirakı ilə keçirildi və bu il ilk dəfə olaraq, Fələstindən olan bir komanda bu olimpiadada iştirak edəcək.