İran gəmiləri dünyanın bütün limanlarına yan alırlar
https://azeri.sahartv.ir/news/İran-i277652-İran_gəmiləri_dünyanın_bütün_limanlarına_yan_alırlar
İran İslam Respublikası Gəmiçilik Təşkilatının icra direktoru Avropa, Şərqi Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasına müntəzəm şəkildə gəmi xətlərinin bərpa olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2017 12:33 Asia/Baku
  • İran gəmiləri dünyanın bütün limanlarına yan alırlar
    İran gəmiləri dünyanın bütün limanlarına yan alırlar

İran İslam Respublikası Gəmiçilik Təşkilatının icra direktoru Avropa, Şərqi Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasına müntəzəm şəkildə gəmi xətlərinin bərpa olunduğunu bildirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Məhəmməd Səidi çərşənbə günü İranın cənubunda Buşehrin Sədra dəniz sənayesi şirkəti ilə yaxından tanış olduqdan sonra deyib: İran İslam Respublikası gəmiçiliyinin əsas strategiyası gəmiçiliyin inkişafına əsaslanır. Bu istiqamətdə proqram tənzimlənmişdir.

İran İslam Respublikası Gəmiçilik Təşkilatının icra direktoru İranın nüvə anlaşmasından sonra gəmiçilik fəaliyyətinin genişləndiyinə toxunaraq deyib: Sanksiyaların ləğv olunması ilə İranın gəmiçilik sektorundakı problemlər aradan qaldırıldı və hazırda İran gəmiləri dünyanın bütün limanlarına yan ala bilir.