Zərifin məşvərətləri
İran İslam Respublikasının xarici işlər naziri İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş Türkmənistanın xarici işlər naziri, Kipr milli məclisinin sədri, Venesuelanın vitse-prezidenti və Hollandiyanın keçmiş baş naziri ilə ayrı-ayrılıqda görüşüb.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkmənistanın xarici işlər naziri Raşit Meredov ilə görüşdə iki ölkə münasibətlərinin mexanizmini möhkəm dəyərləndirib və deyib ki, qarşılıqlı həmkarlıqların daha da genişləndirilməsi üçün zəmin mövcuddur.
Türkmənistanın xarici işlər naziri Raşit Meredov da bu görüşdə deyib: Aşqabad müxtəlif sahələrdə, xüsusən siyasi, iqtisadi və mədəni sahələrdə Tehranla həmkarlığı genişləndirməyə maraqlıdır.
Zərif və Meredov həmçinin terror və ekstremist qrupların fəaliyyətinin artmasının bütün region ölkələri üçün olan xətərinə toxunaraq, bu qruplarla müştərək mübarizənin vacibliyini vurğulayıblar.
Məhəmməd Cavad Zərif habelə Kipr milli məclisinin sədri Demetris Silorislə görüşdə bildirib ki, iki ölkənin iqtisadi həmkarlıqlarının inkişaf zəminləri yaranıb. O, iki ölkə arasındakı əməkdaşlıqların genişləndirilməsini vurğulayıb. Zərif həmçinin Kipr probleminin siyasi danışıqlar yolu ilə həllini vurğulayıb.
Demetris Siloris də bu görüşdə Kipr prezidentinin Kipr müzakirələri barədə Ruhaniyə olan məktubunu İran İslam Respublikasının xarici işlər nazirinə təqdim edib.
İran İslam Respublikasının xarici işlər naziri həmçinin Venesuelanın vitse-prezidenti və bu ökənin proqramlaşdırma naziri Xose Menendez ilə görüşdə bildirib ki, Tehran daim Venesuelanın xalqı və dövlətinin istəklərini dəstəkləyir. Zərif ümidvarlıq edib ki, Venesuela dövləti tədbir və aqilliklə sabitlik və asayişi bu ölkəyə qaytaracaq.
Zərif ABŞ-ın Venesuelaya qarşı yeni sanksiyalarını pisləyərək, deyib: Amerikalılar 35 ildir ki, İranı sanksiya ediblər və İran İslam Respublikasının iqtisadi və texnoloji sahələrdəki bəzi irəliləyişləri məhz bu sanksiyalar və xalqın onun qarşısında müqavimət etməsi sayəsindədir.
Xose Menendez də ABŞ-ın onun ölkəsinə qarşı hədələrinə işarə edərək, deyib: İran İslam Respublikasının xarici təzyiq və sanksiyalar qarşısındakı səyləri diqqətəlayiqdir və Venesuela Tehranın sanksiyalarla mübarizə təcrübələrindən istifadə etmək istəyir.
Venesuelanın vitse-prezidenti və bu ökənin proqramlaşdırma naziri söyləyib: Amerikanın İrana və Venesuelaya qarşı olan hər təhdid və təzyiqindən qarşılıqlı əlaqələrin gücləndirilməsində bir fürsət kimi istifadə etmək gərəkdir.
Zərif Hollandiyanın keçmiş baş naziri və dövlət işləri üzrə müşavir naziri Vim Kokla görüşdə də iki ölkə əlaqələrinin siyasi, iqtisadi, xüsusən bank sahələrində genişlənməsini vurğulayıb.
Vim Kok da İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimində iştirak etməkdən razılıq edərək, deyib: İran və Hollandiya müxtəlif sahələrdə, o sıradan kənd təsərrüfatı, su idarəçiliyi və sair sahələrdə daha artıq əməkdaşlığa qadirdirlər.
İran prezidenti Həsən Ruhani bu gün ikinci dəfə olaraq and içdi ki, İslamı, İslam Quruluşunu və İranın Əsas Qanunu qoruyacaq. İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimində İranın ölkə və ordu rəsmiləri, həmçinin 100-dən çox xarici heyət iştirak edibdir.