İranın Təhlükəsizlik Nazirliyi 27 İŞİD-çini həbs edib
İranın Təhlükəsizlik Nazirliyi bir bəyanat yayaraq, İŞİD terror qruplaşmasının 27 üzvünün həbs edilməsindən xəbər verib.
İranın Təhlükəsizlik Nazirliyi bazar ertəsi günü bir bəyanat yayaraq, bildirib: İranın təhlükəsizlik qüvvələri İranın daxili ostanları və dini şəhərlərində təxribat xarakterli əməliyyatlar törətməyi planlaşdıran bir terror dəstəsini aşkar və onun üzvlərini həbs etməyə nail olublar.
Bəyanatda həmçinin deyilir: İŞİD terror qruplaşmasına bağlı olan bu terrorçu dəstə üzvlərindən xeyli miqdarda silah və sursat aşkar edilib.
İranın Təhlükəsizlik Nazirliyi əlavə edib: Terrorçular silahları ev əşyaları arasında gizlədərək, İrana gətirmək niyyətində olublar. Amma, aparılan əməliyyatlar zamanı bu dəstənin ölkə daxilindəki 17 üzvü habelə, ölkədən xaricdəki 10 üzvü həbs edilib.
İranın Təhlükəsizlik Nazirliyi həmçinin bildirib: Saxlanılan şəxslərdən 5-inin İranın daxilində təxribat törətməsi planlaşdırılmışdı. Digər terrorçular isə tədarükat və dəstək işlərini həyata keçirməli idilər.
İranın Təhlükəsizlik Nazirliyi davamlı olaraq İrana qarşı terror fəaliyyətlərini diqqətlə izləyərək, terrorçuları tam ayıqlıqla nakam qoyur.