İranlı dənizçi mükafatlandırılıb
https://azeri.sahartv.ir/news/İran-i279128-İranlı_dənizçi_mükafatlandırılıb
Beynəlxalq Dəniz Təşkilatı Şurası İranın "Qol Əfruz" gəmisinin komandanı mərhum kapitan Əmir Conbədə dənizdə şücaət təşəkkürnaməsini verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2017 08:12 Asia/Baku
  • İranlı dənizçi mükafatlandırılıb
    İranlı dənizçi mükafatlandırılıb

Beynəlxalq Dəniz Təşkilatı Şurası İranın "Qol Əfruz" gəmisinin komandanı mərhum kapitan Əmir Conbədə dənizdə şücaət təşəkkürnaməsini verib.

IRIB-nin məlumatına görə, İranın "Qol Əfruz" gəmisinin komandanı mərhum kapitan Əmir Conbəd humanitar bir əməliyyatda Cənubi Afrika sahillərində Braziliyaya doğru hərəkətdə olan Trekker 2 gəmisinin ekipaj üzvlərindən bir neçəsini xilas etmişdi.

Mərhum kapitan Əmir Conbəd bu nicat əməliyyatından üç gün sonra infarkt nəticəsində vəfat edibdir.