Avq 18, 2017 14:44 Asia/Baku
  • Laricani İspaniyalılara başsağlığı verib

İranın İslami Şura Məclisinin sədri Əli Laricani İspaniyada Barselona şəhərində törədilmiş terror aktında bir qrup insanın həlak olması münasibəti ilə İspaniya konqresi və senatının sədrlərinə başsağlığı müraciəti göndərib.

İRNA-nın verdiyi məlumata görə, Əli Laricani İspaniya konqresinin sədri Ana Pastor Culian və Senat məclisinin sədri Pio Qarsia Eskuderoya ünvanladığı müraciətdə bildirib: Bu kimi qeyri-insani hərəkətlər müasir dünyada destabillik, zorakılıq və kor terrorizmin yayıldığını göstərir və onunla qətiyyətli mübarizə üçün beynəlxalq ittifaqın vacibliyini daha da aydınlaşdırır.

Laricani bu kimi hadisələrin bəzi varlı və güclü dövlətlərin ifratçı və terrorçu qruplara dəstəyinin məhsulu olduğunu bildirərək terrorçuların məhv ediləcəyi, dünyada sülh və təhlükəsizliyin bərqərar olunacağı ilə dünyanın bir daha bu kimi anti-bəşəri hərəkətlərin şahidi olmayacağına ümidvar olduğunu bildirib.

 

Teqlər