Sepah-ın baş komandan müavini: Qüdrət balansı İslam İnqilabının xeyrinə dəyişib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan müavini deyib: Regionda qüdrət balansının İslam İnqilabının xeyrinə dəyişməsi ilə ABŞ Yaxın Şərq olaylarından kənarda qalıb.
Sepah Nyus-un verdiyi məlumata görə, general-mayor Hüseyn Səlami şənbə günü Məşhəd şəhərində deyib: Qüdrət balansının İslam İnqilabının xeyrinə dəyişməsi ilə İran İslam Respublikası İslam Dünyasının taleyini təyin edəcək əsas regional oyunçuya çevrilib.
General səlami daha sonra düşmənlərin İslam İnqilabından sonra daim İran İslam Respublikasına zərbə vurmaq ardınca olduqlarını deyərək, əlavə edib: Suriyadakı vasitəçi müharibə də elə bu məqsədə malik idi. Amma, Müqəddəs Müdafiə dövründəki əhval-ruhiyyənin yenidən canlanması ilə düşmənlər bu cəbhədə də nakam qaldılar.
Sepah-ın baş komandan müavini 8 illik Müqəddəs Müdafiə dövrünü və iranlı mübarizlərin fədakarlıqlarını tam bir dünya müharibəsi adlandırıb və deyib: Şəhidlər sübut etdilər ki, sanksiyalara rəğmən, iman gücünə arxalanmaq və vilayəte fəqihə tabe olmaqla böyük qüdrətlərin siyasətləri qarşısında dayanmaq və qalib gəlmək olar.