Sen 06, 2017 10:27 Asia/Baku
  • Laricani Suriya xalqı və müqaviməti təbrik etdi

İran İslam Şurası Məclisinin sədri bir müraciətdə Suriyanın şərqində Deyruz-Zur şəhərinin üç ildən çox mühasirəsinin yarılmasında Suriya ordusu və müqavimət qüvvələrinin qələbəsi münasibəti ilə suriyalıları təbrik edib və bu qələbəni haqq qüvvələrin küfrə qələbəsi vədinin gerçəkləşməsinin nişanəsi adlandırıb.

Əli Laricaninin təbrik müraciətində bildirilir: Suriya ordusu və müqavimət qüvvələri tərəfindən strateji Deyruz-Zur şəhərinin mühasirəsinin yarılması sevincə səbəb oldu və bu qələbə bu bölgədə İŞİD qruplaşmasının sıralarının dağılması ilə nəticələndi. 

İran İslam Şurası Məclisinin sədri bu müraciətdə ümidvarlıq edib ki, bütün Suriya ərazisi təkfirçi terrorçulardan təmizlənəcək və Suriyada stabillik və dinclik müşahidə olunacaq. 

Teqlər