İran Myanma müsəlmanlarının problemlərinin həllinə çalışır
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Myanmanın məzlum müsəlmanlarının problemlərinin həlli üçün çalışmaq İran Xarici İşlər Nazirliyinin proqramları arasında yer alır.
İran XİN sözçüsü Bəhram Qasimi çərşənbə günü İRNA iliə müsahibədə əlavə edib: İran Xarici İşlər Nazirliyi Myanma müsəlmanları məsələsinin beynəlxalq dairələrdə, xüsusilə də BMT-də irəli sürülməsinə çalışır və dünya və digər dövlətlərin bu məsələyə həssaslığını diqqətə çatdırmaq istəyir.
Qasimi bildirib: İnsan haqlarının müdafiəsini iddia edən ölkələr Myanma müsəlmanlarının hüququnun tapdalanması və onlara qarşı zorakılıqlarının davam etməsini pisləyir və dünya ictimaiyyəti, xüsusilə də BMT-dən bu mütəşəkkil qırğınların davam etməsinin qarşısını almaq üçün addımların atılmasını istəyir.
İran XİN sözçüsü islam dünyasının birləşməsi və Ruhingiya müsəlmanlarına dəstək üzrə praktiki addımların atılmasını müsəlmanların hüququnun müdafiəsi üçün İran İslam Respublikasının təklif etdiyi həll yollarından adlandırıb və deyib: İslam ölkələri bu soyqırımı qarşısında vahid şəkildə müqavimət göstərdikləri halda, bu zorakılıqları törədənlər geri çəkilməyə məcbur olacaqlar.
Myanma ordusunun Raxin əyalətində ruhingiyalı müsəlmanlara hücumları nəticəsində azı 400 nəfər həlak olub.
Myanma hökuməti bir milyon ruhingiyalı müsəlmanı qeyri-qanuni miqrant adlandırır və onlara heç bir vətəndaşlıq hüququ vermir.