Zərif: İran qonşularına qarşı hər cür təhdid ilə müxalifdir
İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Tehran hər bir kimsə tərəfindən qonşularına qarşı hər cür təhdid və təzyiq ilə müxalifdir.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Qətərin Tehrandakı səfiri Əli bin Əhməd Əli Əlsəliti ilə görüşdə İran İslam Respublikasının regiondakı siyasətini şəffaf adlandırıb və vurğulayıb ki, region məsələləri dialoq yolu ilə həll olunmalıdır.
İran İslam Respublikasının xarici işlər naziri və Qətərin Tehrandakı səfiri həmçinin bu görüşdə ikitərəfli əlaqələrin xüsusən iqtisadi və ticari sahələrdə genişləndirilməsi barədə danışıblar.
Qətərin Tehrandakı səfiri avqustun 26-da İrana geri dönərək, öz fəaliyyətinə başlayıb.
Avqustun 23-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali Sani telefon danışığında Qətərin Tehrandakı səfirinin geriyə dönəcəyini bildirdilər.
Qətər 2016-cı ilin yanvarında Ərəbistanın Tehrandakı səfirliyi və bu ölkənin Məşhəddəki konsulluğuna qarşı şübhəli hücumun ardınca Tehrandakı səfirini Dohaya geri çağırmışdı.