İran Malayziya dövləti və xalqının dərdinə şərik çıxıb
Sen 14, 2017 20:22 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi cümə axşamı günü Kualalumpurda bir dini məktəbdə yanğının baş verməsindən təəssüflənərək həlak olanların yaxınları, Malayziya dövləti və xalqının dərdinə şərik çıxıb.
Cümə axşamı günü Kualalumpur şəhərində İttifaqiyyə mədrəsəsində yanğın baş verib. Nəticədə 25 nəfər həlak olub, beş nəfər də yaralanıb.