Sen 16, 2017 15:22 Asia/Baku
  • Laricani: Terrorizm probleminin həlli beynəlxalq əməkdaşlığa ehtiyaclıdır

İran İslam Şurası Məclisinin sədri terrorizm probleminin beynəlxalq əməkdaşlıqlara ehtiyaclı olduğunu bildirib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü Belçika Nümayəndələr Palatasının sədri Ziqfred Braklə Tehranda birgə mətbuat konfransı keçirib.

İkitərəfli əməkdaşlıqlar, xüsusilə də Yəmən və Myanma kimi regional böhranlar haqda əməkdaşlıqları belçikalı həmkarı ilə müzakirələrinin əsas predmentini təşkil etdiyini deyən Əli Laricani İran və Belçika üçün terrorizm probleminin həllinin önəmli olduğunu bildirib.

Laricani həmçinin İran və Belçika parlamentləri arasında, əsasən də insan haqları və hüquq məsələləri üzrə əlavə danışıqların aparılmasını müsbət qarşılayaraq ümid edib ki, Belçika Nümayəndələr Palatası sədrinin Tehrana səfəri iki ölkə parlamentləri əlaqələrinin inkişaf etməsi, iqtisadi əlaqələrin genişlənməsi, region və dünyada sülh və təhlükəsizliyin bərpası üçün əlavə əməkdaşlıqların aparılması ilə nəticələnəcək.

Belçika Nümayəndələr Palatasının sədri Ziqfred Brak da bu mətbuat konfransında Avropa Birliyinin ABŞ-ın bütün siyasətləri ilə razılaşmadığını bildirərək deyib: Avropa Birliyinin İrandakı ofisi tezliklə yaradılacaq.

Belçika Nümayəndələr Palatasının sədri həmçinin İranla əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayaraq iki ölkə arasında bank maneələrinin aradan qaldırılmasını vurğulayıb.

İran və Belçika rəsmilərinin terrorizmlə mübarizədə ikitərəfli beynəlxalq əməkdaşlıqların genişləndirilməsini önəmli adlandırdıqlarını bildirən Brak əlavə edib: İki lkə polisi bu sahədə yüksək səviyyədə müzakirələr aparmışlar.

Bu gün səhər İran İslam Respublikası rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edən Belçika Nümayəndələr Palatasının sədri parlament sədri Əli Laricani və prezident Həsən Ruhani ilə danışıqlar aparıb.

Teqlər