Sen 16, 2017 19:57 Asia/Baku
  • Şəmxani: Vasitə kimi istifadə terrorizmin Avropaya sirayət etməsi ilə nəticələnib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib: Avropada ötən günlər ərzindəki hadisələr bəzi ölkələrin İraq və Suriyada terrorizmdən vasitə olaraq istifadə etmələri bu nəhs fenomenin nəzarətdən çıxması ilə nəticələnmişdir.

İŞİD terror qruplaşmasının London metrosunda terror aktı nəticəsində azı 30 nəfər yaralanıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani şənbə günü Belçika Nümayəndələr Palatasının sədri Ziqfred Brakla Tehranda görüşdə deyib: Bəzi region və qərb ölkələrinin terror qruplaşmalarını təlimatlandırması, silahlandırması və təchiz etməsi terror aktlarının Avropanın mərkəzinə sirayət etməsi ilə nəticələnib.

Şəmxani Vaşinqtonun siyasi və təhlükəsizlik rəsmilərinin Tehran əleyhinə təhdid xarakterli ritorikası dünyanın ümumi fikri üçün ABŞ-ın avantürist strategiyalarının aydınlaşması ilə nəticələndiyini deyib: Amerikalıların ritorikasının İranın regional məsələlərdə prinsipial siyasətlərində, normal müdafiə potensiallarının yüksəldilməsi və imperialist quruluşun zülmü altında olan xalqlara dəstəyinin davam etməsində heç bir təsiri yoxdur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin nüvə anlaşmasında Avropa Birliyinin müsbət roluna da toxunub: Əhatəli Müştərək Təşəbbüs Proqramı BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi beynəlxalq anlaşmadır. Bütün tərəflər onu zəifləcədəcək məntiqsiz, sərt və qeyri-qanuni davranışlar qarşısında dayanmalıdırlar.

Belçika Nümayəndələr Palatasının sədri Ziqfred Brak da bu görüşdə İranın regionda terrorizmlə mübarizədəki addımlarını alqışlayıb və deyib: İran regionda təsirli oyunçudur və terrorizmlə mübarizə prosesində önəmli rolu oynayıb.

Teqlər