Sen 19, 2017 09:00 Asia/Baku
  • İran və Britaniya nazirləri bank əlaqələrini müzakirə etdilər
    İran və Britaniya nazirləri bank əlaqələrini müzakirə etdilər

İran və Britaniyanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Boris Conson bazar ertəsi günü Nyu-Yorkda iki ölkə əlaqələrinin dərin yollarını araşdırıblar.

İRNA-nın məlumatına görə, İran və Britaniya xarici işlər nazirləri bu görüşdə iki ölkənin əlaqələrinin genişləndirilməsini vurğulayaraq, ikitərəfli müxtəlif məsələlər, o cümlədən bank və konsulluq münasibətləri haqda fikir mübadiləsi aparıblar. 

Britaniya xarici işlər naziri bu görüşdə Londonun Əhatəli Müştərək Təşəbbüs Proqramını qətiyyətli şəkildə dəstəklədiyini bəyan edərək onun qorunması və icrasının vacibliyini qeyd edib. 

İran xarici işlər naziri də İranın nüvə anlaşmasına sadiq qaldığını qeyd edərək bu anlaşmanın icrasında ABŞ tərəfinin qalmaqalını tənqid edib və bu ölkəni anlaşmanın icrasının ləngiməsinin səbəbkarı adlandırıb. 

Teqlər