Zərif: Trampın gülünc sözləri onun fırıldaqçı biri olduğuna dəlalət edir
https://azeri.sahartv.ir/news/İran-i282909-zərif_trampın_gülünc_sözləri_onun_fırıldaqçı_biri_olduğuna_dəlalət_edir
İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı qeyri-diplomatik çıxışına reaksiya olaraq deyib: Trampın çıxışı o qədər gülünc, ucuz və mənasız idi ki, cavablandırmağa belə dəyməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 04:03 Asia/Baku
  • Zərif: Trampın gülünc sözləri onun fırıldaqçı biri olduğuna dəlalət edir
    Zərif: Trampın gülünc sözləri onun fırıldaqçı biri olduğuna dəlalət edir

İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı qeyri-diplomatik çıxışına reaksiya olaraq deyib: Trampın çıxışı o qədər gülünc, ucuz və mənasız idi ki, cavablandırmağa belə dəyməz.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci illik iclasında çıxışı zamanı bir daha nüvə anlaşmasının digər tərəflərinin mövqelərinə zidd olaraq, İran ilə nüvə anlaşmasını dəhşətli anlaşma adlandırıb və bu anlaşmanın ABŞ üçün rüsvayçılıq olduğunu deyib. 

ABŞ prezidenti həmçinin, İran İslam Respublikasını terrorizmi himayə etməkdə ittiham edib. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif isə buna reaksiya olaraq deyib: İran İslam Respublikasının daxili və xarici siyasəti ilə bağlı gerçəklikləri görməməzliyə vurmaq, İranın terrorizm ilə mübarizədəki rolundan xəbərsiz olmaq Trampın məlumatsızlığı habelə, digərlərini aldatmağa yönəlik fırıldaqçı rəftarının nişanəsidir.