Sen 25, 2017 18:47 Asia/Baku
  • "Heydəre-Kərrar" və "Məhərrəm" hərbi manevrləri

Müqəddəs Müdafiə həftəsi münasibəti ilə İran İslam Respublikası ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları ölkənin qərbinidə hərbi təlimlərə başlayıblar.

Müqəddəs Müdafiə həftəsi münasibəti ilə İran İslam Respublikası ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları ölkənin qərbinidə hərbi təlimlərə başlayıblar. Ordunun 35-ci sürətli reaksiya qüvvələrinin iştirakı ilə Kermanşahda start götürən “Heydəre-Kərrar” manevrinin 3-cü mərhələsində quru və hava qüvvələri arasındakı ahəngdarlıq habelə, hərbi döyüş hazırlıqları dəyərləndirilib.

Ölkənin qərbinidə, Üşnəviyyə məntəqəsində keçirilən Sepah-ın “Məhərrəm” adlı bu manevrində isə ağır artilleriya və zirehli qüvvələrin döyüş hazırlığı sınaqdan keçirilib.

“Heydəre-Kərrar” böyük manevrinin 3-cü mərhələsi bu gün səhər ordnun 35-ci sürətli reaksiya dviziyasının iştirakı ilə ölkənin qərbində, böyük bir ərazidə start götürüb.  İran İslam Respblikası ordusu Quru Qoşunları komandanının müavini bu manevrin keçirilməsində məqsədin sürətli reaksiya qüvvələrinin hərbi döyüş hazırlığının əməliyyat meydanında dəyərləndirilməsi adlandırıb.

General-mayor Neməti deyir: “Sürətli reaksiya qüvvələri və zirehli dviziyaların hərbi hazırlığı bu manevrdə sınaqdan keçirilir. Manevrin birinci mərhələsində, manevrdə iştirak edən qüvvələr tam çeviklik və peşəkarlıq nümayiş etdirməklə təyin olunmuş əməliyyat taktikalarını tam uğurlu formada icra etdilər.”

“Heydəre-Kərrar” manevrinin birinci mərhələsi 2 il öncə elə bu məntəqədə, ikinci mərhələsi isə ötən il ölkənin şərqində keçirilmişdi. Manevrin 3-cü mərhələsinə isə hazırda bu məntəqədə davam edir.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu Sepah da ölkənin qərbində “Məhərrəm” adlı manevr keçirib. Bu manevrdə Sepah-ın quru qoşunlarının ağır artilleriya və zirehli qüvvələrinin hazırlıq səviyyəsi dəyərləndirilib.

İstənilən təhdid qarşısında qüdrət nümayişi.

Sepah-ın quru qüvvələrinin ağır artilleriya və zirehli dviziyalarının iştirakı ilə keçirilən “Məhərrəm” hərbi manevrində istənilən növ təhdid qarşısında misilsiz iqtidar nümayiş etdirilib.

Qərbi Azərbaycanın keçilməz dağlıq əraziləri bu gün Sepah-ın “Seyyid-Əşşühəda Qərargahı” qüvvələrinin önləyici qüdrət nümayişinin şahidi olub. Manevrdə helikopterlər, xüsusi desant qüvvələri və uzaq mənzilli toplardan istifadə edilib.

Sepah-ın Quru Qoşunlarının komandan müavini general-mayor Pakpur manevr barədə deyir: “Bu manevrdə helikopterlər, zirehli qüvvələr, ağır artilleriya, pilotsuz uçan aparatlar və desant qüvvələrin birgə və ahəngdar hərbi əməliyyatları sınaqdan keçirilib. Manevr artıq öz sonuna yaxınlaşır. Və çox şükürlər olsun ki, çeşidli tərkibə malik olsalar da, manevrdə iştirak edən qüvvələr arasında çox yaxşı ahəngdarlıq mövcud idi və təyin edilmiş bütün məqsədlərə də demək olar ki, tam formada nail olmuşuq.”

 

 

Teqlər