Barzaninin separatçılığı "İŞİD" və "İsrail"in gücləndirilməsi mənasındadır
Sen 30, 2017 19:27 Asia/Baku
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Hüseyn Əmir Abdullahian bu gün bildirib: İraq kürd muxtariyyərinin başçısı Məsud Barzaninin separatçılığı İŞİD terror qruplaşması və sionist rejimin gücləndirilməsi mənasındadır.
İraq rəsmiləri də dəfələrlə bildiriblər ki, İraqın parçalanması sadəcə İŞİD terror qruplaşması və sionist rejimin xeyrinədir.
Region ölkələrinin parçalanmasını istəyən sionist İsrail kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumu dəstəkləyən yeganə rejimdir.