Səbir qadını ilə səs-səsə
Okt 02, 2017 21:47 Asia/Baku
Bu gün Zəncan əhalisi və bütün İrandan gəlmiş Əhli-Beyt(ə) aşiqlərindən yüzlərlə nəfər "Ya Zeynəba!" fəryadı edərək, Həzrət Zeynəbi-Kübra(s.ə)-nın kədərinə şərik olubdur.
Hüseyn əzadarlarının iştirakı ilə bu gün günorta çağı Zəncanın Zeynəbiyyə məscidinin qarşısından hərəkətə başlamış Zəncanın böyük Zeynəbiyyə dəstəsinin hərəkəti səbir və müqavimət xanımına ləbbeyk deyə-deyə, Seyid İbrahim(ə) imamzadəsi önündə başa çatıbdır.
Bu dəstədə Əhli-Beyt(ə) aşiqləri Hüseyn(ə)-ın üç yaşlı Ruqəyyəsi və Həzrət Zeynəbi-Kübra(s.ə.) ilə səs-səsə verərək, "Hüseynim vay, Hüseynim vay!" fəryadı ilə Kərbəla əsirlərinin müsibətlərinə göz yaşları axıdıblar. Zəncanlı qadınların bu mərasimdə müntəzəm sıralarda iştirakı olduqca diqqətəlayiq olubdur.