Zərif: ABŞ-ın Sepaha qarşı ehtimal olunan hərəkəti Amerikanı daha mənfur edəcək
İran İslam Respublikasının xarici işlər naziri Amerikanın islam inqilabının keşikçiləri korpusu Sepahın adını terrorçu təşkilatlar siyahısına daxil etməsinə dair ehtimal olunan hərəkəti barədə xəbərdarlıq edib.
ABŞ prezidentinin 12 oktyabrda İranla nüvə sazişi barədə qərarını bildirməkdən əlavə İrana qarşı o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu Sepah əleyhinə yeni təşəbbüslər barədə ölkəsinin strategiyasını elan edəcəyi gözlənilir.
İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad zərif bu gün Tehranda islam inqilabının qələbəsinin 40-cı ildönümü mərasimləri üzrə koordinasiya iclasının kənarında deyib: Amerikalılar bu kimi hərəkətlərlə daha təcrid olunacaq və İran xalqının gözündə daha mənfur olacaqlar.
İİR XİN rəhbəri deyib: Amerika rəsmiləri belə bir strateji səhvə yol verərlərsə İran İslam Respublikası qarşılıqlı təşəbbüs həyata keçirəcək və bu təşəbbüsün nə olacağı münasib zamanda elan ediləcək.
İranın diplomatiya aparatının rəhbəri deyib: Sepah vətəni, islam inqilabının davamını, ölkə sərhədlərini müdafiənin təzminatçısıdır və elan olunmamış müharibə dövründə önəmli rola malik olmuşdur.