Okt 16, 2017 09:59 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib ki, Suriyada İran-Rusiya həmkarlığı terrorçulara möhkəm və sərt zərbələr endiribdir.

Əli Laricani dünən Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Parlamentlərarası İttifaqın Assambleyası kənarında TASS xəbər agentliyi ilə müsahibədə əlavə edib: Moskva və Tehranın Suriyadakı vəziyyətin həlli və Yaxın Şərqin durumunun yaxşılaşdırılması sahəsindəki həmkarlığı böyük önəmə malikdir.

İran İslam Şurası Məclisinin sədri söyləyib: Terroçuların zərbə almaları ilə bir zamanda Astana şəhərində keçirilən Suriya müzakirələri prosesinin davam etməsi də Suriyadakı vəziyyətin həlli yolu kimi uğurlu olub və bu istiqamətdə irəliyə doğru müsbət addım atılıbdır.

Laricani vurğulayıb: İran-Rusiya əməkdaşlığı beynəlxalq səhnədə region üçün yaxşı nəticələrə və son dərəcə böyük bir təsirə malik ola bilər.

İran İslam Şurası Məclisinin sədri Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiyaya səfər edibdir.

Parlamentlərarası İttifaqın beşgünlük Assambleyası dünyanın 150-dən çox ölkəsindən olan parlament heyətlərinin iştirakı ilə “Mədəni plüralizimin və sülhün dinlərarası və etnoslararası dialoq vasitəsilə inkişafı” şüarı ilə şənbə günündən Rusiyanın Sankt-Peterburq şəhərində işə başlayıbdır. 

Teqlər