Okt 18, 2017 15:04 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri: Amerika beynəlxalq sionizmin makleridir

İslam inqilabının böyük rəhbəri Amerikanın beynəlxalq sionizmin makleri olduğunu bildirərək təkid ediblər: Terrorçu İŞİD qrupu və təkfirçi cərəyanın icad edəni Amerikadır və məhz buna görə də İŞİD qarşısında duran qüvvədən əsəbidir.

İslam inqilabının böyük rəhbəri Həzərət Ayətullahül-üzma Xamenei bu gün səhər çağı bir qrup gənc ziyalı ilə görüşündə bildiriblər: Biz Amerikanın istilasına son qoya bildik və bundan əlavə Amerikanın düşmən planlarına baxmayaraq gücləndik və irəliləyiş əldə etdik.

İslam inqilabının böyük rəhbəri bütün bu irəliləyişlərin sanksiyalar dövründə baş verdiyini xatırladaraq bildiriblər: Bu gün İran İslam Respublikası Amerikanın Livan, Suriya və İraqdakı planlarını alt-üst edib və hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına vurulacaq və o İran xalqına məğlub olacaq.

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Avropa dövlətləri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına təkid edirlər və ABŞ prezidentinin bəyanatlarını pisləyirlər, biz bunu müsbət qarşılayırıq amma "o nüvə sazişini cirmasın" demək kifayət etməz, nüvə sazişi onların xeyrinədir.

İslam inqilabının böyük rəhbəri Avropa ölkələrinə xitabən bildiriblər: Avropa Amerikanın əməli təşəbbüsləri qarşısında dayanmalı və İranın müdafiə məsələlərinə daxil olmaqdan çəkinməli və Amerikanın zorakılığına qoşulmamalıdır.

Həzrət Ayətullahül-üzma Xamenei ABŞ prezidentinin ağılsızlığının bizi Amerikanın məkrindən qafil etməməli olduğunu vurğulayaraq bildirblər: Qarşı tərəf nüvə sazişini cırmayınca biz onu cırmayacağıq amma əgər o nüvə sazişini cırarsa biz onu tikə-tikə edəcəyik.

Teqlər