General Əştəri: 200 min xarici zəvvar İranın üç sərhədindən İraqa daxil olub
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı deyib: İki həftə bundan öncədən bəri təqribən 200 min xarici zəvvar İranın təyin olunmuş sərhədlərindən İraqa daxil olubdur.
Mehran, Şələmçə və Çəzzabə sərhəd keçidləri Hüseyn(ə) zəvvarlarının İslam müqəddəslərinin ziyarətgahlarına gedişi istiqamətində İranın əsas sərhədləridirlər.
General-mayor Hoseyn Əştəri bu gün İranın qərbində yerləşən Mehran sərhədində Ərbəin üzrə xüsusi qərargahın üzvləri ilə iclasda deyib: Aparılmış proqramlaşdırmaya əsasən, xarici ölkələrin vətəndaşları Hüseyn(ə) ərbəini mərasiminə getmək üçün İranın cənub-qərbində yerləşən Şələmçə sərhədindən keçməlidirlər və təkcə Rusiya və Türkiyə vətəndaşları İranın qərbində yerləşən Mehran sərhədindən İraqa daxil ola bilərlər.
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı deyib: Zəvvarların hərəkəti prosesi indiyədək problemsiz və xas bir nizam-intizamla cərəyan edir və demək olar ki, indiyədək zəvvarların İslam müqəddəslərinin ziyarətgahlarına doğru hərəkəti prosesinin yarısı başa çatıbdır.
General Əştəri həmçinin deyib: İndiyə kimi bir milyon səkkiz yüz min nəfər İraqa daxil ola bilibdir ki, onların təqribən bir milyon nəfəri Mehran sərhədindən müqəddəs Kərbəla şəhərinə yola düşübdür.
Cümə axşamı günü 1439-cu hicri qəməri ili səfər ayının iyirmisi, 2017-ci milad ili noyabrın doqquzu, şiələrin üçüncü imamı, şəhidlər ağası, Həzrət İmam Hüseyn(ə)-ın şəhid olmasının qırxıncı günü, ərbəin günüdür.
Hər il İrandan və digər ölkələrdən yüz minlərlə nəfər Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək üçün müqəddəs Kərbəla şəhərinə səfər edir.