Noy 12, 2017 09:15 Asia/Baku
  • Əmir Abdullahiyan: İslam Dünyasının

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Ərbəin yürüşün ən mühüm müraciəti və uğurunu regional səviyyədə "birlik", beynəlxalq səviyyədə isə İslam Dünyasının "iqtidar"ı adlandırıb.

Hüseyn Əmir Abdullahiyan şənbə günü axşam İranın 1-ci telekanalının "1-ci kanalın baxışı" adlı proqramda Ərbəin yürüşünün siyasi təsirlərinə işarə edib və deyib: "Daxili fitnələri alovlandırmaq məqsədi ilə regionda və regiondan kənarda ciddi səylərin göstərildiyi bir şəraitdə İslam dini adına mənəvi bir dəyər uğruna baş tutan Ərbəin yürüşü İslam dünyasında və İslam ölkələri arasında "nəzər birliyi"nə səbəb olur".

İran İslam Şurası Məclisi sədrinin xüsusi köməkçisi Livanın baş naziri Səəd Həririnin istefa verməsinə də işarə edib və deyib: 2011-ci ildə regionda İslam Oyanışının başlanması ilə Amerika, İsrail və Ərəbistan müxtəlif metodlar və vasitələr ilə ölkələri zəiflətmək və regional proseslərin gedişini öz xeyrlərinə dəyişmək fikrinə düşüblər. 

Hüseyn Əmir Abdullahiyan "İŞİD"i Amerikan-Sionist-Səudiyyə üçbucağının ilk müştərək törəməsi adlandırıb və deyib: İŞİD-in müqavimət cəbhəsi qarşısında məğlub olması ilə Amerika, Ərəbistan və İsrail "İraq və Suriyanı parçalamaq" planını işə saldılar. Bu ssenarinin də uğursuz alınmasının ardınca, bu dəfə Livanda fitnə odunu alovlandırmaq planına əl atıblar. 

Teqlər