Texnologiyanın ötürülməsi və birgə istehsal; İran və Avropa əməkdaşlıqlarının əsası
İranın Ticarət Palatasının sədri texnologiyanın köçürülməsi və birgə istehsalı İran və Avropa arasındakı kənd təsərrüfatı əməkdaşlıqlarının əsas mehvəri adlandırıb.
Qulamhüseyn Şafeyi Avropa Birliyinin kənd təsərrüfatı üzrə ali komissarı ilə görüşdə deyib: İran və Avropa Birliyi arasında bir çox əməkdaşlıq sahəsi mövcuddur. Su və torpaq, balıqçılıq, qida təhlükəsizliyi, səhiyyə, maldarlıq və əkinçilik iki tərəf arasındakı əməkdaşlıqların əsasını təşkil edə bilər.
Şafei həmçinin deyib: İran xurma, zirinc, nar və zəfəran kimi məhsulların vətəni sayılır. Və bu məhsulların istehsalı və emalı sahəsində Avropa Birliyi ilə əməkdaşlıq etmək olar.
Avropa Birliyinin kənd təsərrüfatı məsələləri üzrə ali komissarı Fil Hoqan da bu görüşdə deyib: Avropa Birliyi İran ilə hər iki tərəfin xeyrinə olan siyasi və iqtisadi əməkdaşlıqların tərəfdarıdır.
Hoqan həmçinin deyib: Püstə, zəfəran, qızılala balığı və dəvəquşu kimi məhsulların İrandan azad formada Avropa Birliyinə ixrac edilə bilməsi üçün bir proqram hazırlamaqla məşğuluq. Həmçinin, qərara alınıb k i, 2018-ci ildən Avropa Birliyindən İrana ət məhsullarının ixrac edilməsi azad formada həyata keçirilsin.