Tehranda əhli-beyt sevənlərin iclasında 500 müsəlman mütəfəkkir iştirak edəcək.
Ümumdünya Əhli-Beyt(ə) sevənlər iclasının keçirilməsi komitəsinin mətbuat xidmətinin üzvü deyib: Düşmənlər müsəlman ölkələr arasında təfriqə və ixtilaf salmağa cəhd göstərərkən bu iclasın Tehranda keçirilməsi region müsəlmanlarının vəhdətinə öz töhfəsini verəcəkdir.
Ümumdünya Əhli-Beyt(ə) sevənlər və təkfirçilər məsələsi adlı iclas 22 noyabrda Tehranda öz işinə başlayacaq.
İRNA-nın verdiyi məlumata görə, Məhəmmədəli Ənuşə bu gün deyib: İclasda 90 ölkədən 500-dən çox müsəlman alimin iştirakı mediya xüsusiylə radio televiziya kanallarına fürsət yaradır ki, müsəlman alimlərin yanlış qruplarla qarşılaşmada vahid ümmətin formalaşması barədə fikirlərini öyrənsinlər.
Ümumdünya Əhli-Beyt(ə) sevənlər iclasının mətbuat xidmətinin üzvü deyib: İslam dünyasının Əhli-Beytin(Ə) məktəbinin öyrənilməsi, təkfirçilərin fitnəçiliklərinin ifşa edilməsi, Əhli-Beytin(ə) islam məktəbindəki rolu, islam ümmətinin sıxlaşşması yollarının açıqlanması müsəlman radio televiziyalarının istehsalatında diqqət mərkəzində duracaq.
Ənuşə həmçinin bu beynəlxalq iclası barədə məlumatların yayılması üçün 350 iranlı və əcnəbi jurnalistin öz hazırlıqlarını bildirmələrindən xəbər verərək deyib: İslami radio və televiziyaları birliyinə üzv olan kanalların çoxu Tehran iclasının geniş sürətdə əks etdirilməsinə hazır olduqlarını bildiriblər.
Məhəmmədəli Ənuşə deyib: Ümumdünya Əhli-Beyt(ə) sevənlər iclasının açılış mərasimi islami radio və televiziya birliyi kanalları tərəfindən 7 dildə və canlı olaraq yayımlanacaq.