Laricani: Terrorizm qlobal viranedici hədəyə çevrilib
İran İslam Şurası Məclisinin sədri bildirib: Nəhs terrorizm fenomeni və sərt radikallıq dünyanın bir çox bölgməsində, xüsusilə də Asiyanın önəmli bölgələrinə kölgə salıb və qlobal viranedici hədəyə çevrilib.
Əli Laricani Türkiyənin İstanbul şəhərində keçirilən Asiya Parlamentləri Assambleyasının 10-cu konfransında etdiyi çıxışında İŞİD-in məhvini bütün azadlıqsevərlər üçün böyük gün adlandırıb və deyib: İŞİD terror qruplaşmasının məhvi elə bir halda oldu ki, ABŞ və bəzi ölkələr ötən illərdə bu qruplaşmanı təşkil edərək dəstəkləməkdə heç bir səyi əsirgəməmişlər.
İran İslam Şurası Məclisinin sədri bildirib: Region xalqları ABŞ-ın şeytani fəndlərini zərərsizləşdirmək üçün lazımi qüdrəti əldə edib və tam siyasi ayıq-sayıqlığa malikdirlər. Bunun özü bütün region ölkələri üçün dayaq nöqtəsidir.