Noy 26, 2017 10:47 Asia/Baku
  • Ruhani: Regionda sakitlik, sionistlər və amerikanların silahı ilə təmin olunmaz
    Ruhani: Regionda sakitlik, sionistlər və amerikanların silahı ilə təmin olunmaz

İran İslam Respublikası prezidenti bəzi ölkələrin region xalqlarının daxili işlərinə qarışmalarının problemlərə gətirib çıxartdığını bildirərək deyib: bəzi ölkələr vasitəsi ilə regionda həyata keçirilən avanturist hərəkətlərin arxasında sionistlər və amerikanların durduğu barədə çoxlu faktlar mövcuddur.

İİR prezident aparatının informasiya portalının verdiyi məlumata görə, Həsən Ruhani dünən gecə ölkənin ədliyyə, qanun vericilik və icra edicilik orqanlarının rəhbərlərinin görüşünün sonunda İran İslam Respublikasının daima region ölkələrinin öz problemlərini öz aralarında həll etməli olduqlarına inandığını bildirərək deyib: Regionun sionistlər və amerikalıların silahları yaxud himayələri vasitəsi ilə sakitlik üzü görəcəyi təsəvvürü tam səhvdir. 

Ruhani deyib: İran İslam Respubliksı daima müzakirə masası arxasında problemlərin həll edilməsinə üstünlük verir. 

İİR prezidenti müqavimət cəbhəsinin Suriyadakı qələbəsinə toxunaraq deyib: Suriya ordusu və xalqının eləcə də bu ölkənin himayədarlarının səyləri İŞİD-in əsas dayaqlarının məhv edilməsi ilə nəticələndi. 

Ruhani İran, Rusiya və Türkiyə prezidentlərinin son üçtərəfli görüşünün uğurlu olduğunu bildirərək deyib: Üç ölkə Suriya böhranının həlli üçün siyasi sahədə yaxşı səylər həyata keçiriblər. 

Teqlər