Livan Hizbullahının silahsızlaşdırılması yuxusu yozulmur
Noy 28, 2017 20:48 Asia/Baku
İran İslam Respublikası İslami Şura Məclisinin üzvü deyib: Livan müqavimətinin silahsızlaşdırılması elə bir yuxudur ki heçvaxt yozması olmayacaq.
Millət vəkili seyid Məhəmməd Cavad Əbtəhi Məclis xəbər agentliyinə verdiyi müsahibədə Livanın baş nazirinin Hizbullahı digər ərəb ölkələrinin işlərinə qarışmaqda ittihamlandırması barədə deyib: Livanın baş naziri Səd Həriri əlverişli şəraitdə deyil ona görə onun sözlərini təhlil etmək olmaz.
Səd Həriri son açıqlamasında bəzi qərb və ərəb dövlətlərinin Livan Hizbullahı barədə iddialarını təkrarlayaraq bu hərəkatın Livan daxilində və xaricindəki fəaliyyətlərinin məhdudlaşdırılmasını istəyib.