Noy 30, 2017 17:05 Asia/Baku
  • Məsumə Ebtekar İslandiya prezidenti ilə danışıqlar aparıb
    Məsumə Ebtekar İslandiya prezidenti ilə danışıqlar aparıb

İran İslam Respublikası prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini İslandiya rəsmiləri ilə görüşlərinin davamında Reykavikdə İslandiya prezidenti ilə görüşərək danışıqlar aparıb.

İRNA-nın məlumatına görə. İran İslam Respublikası prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtekar Qadın siyasi rəsmilərin iclasında iştirak etmək məqsədilə İslandiya paytaxtı Reykavikə səfər edib. O çərşənbə günü İslandiya prezidenti Qvyudni Youhannessonla görüşdə İran qadınlarının ali təhsil və digər sahələrdəki 56%-lik payı, idman, incəsənət sahəsindəki uğurlu iştirakı, hüquq və ictimai iştirakını İranda qadınların inkişaflarının bir hissəsi adlandırıb.

İran İslam Respublikası prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini bildirib: Yəmən, rohinca məsələləri də dünya ictimaiyyətinin prioritet məsələsi olmalıdır və radikal davranışların yaranmasının qarşısı alınmalıdır.

Teqlər