Dek 02, 2017 17:00 Asia/Baku
  • General Cəzayiri: İranın raket qüdrəti haqda hər hansı müzakirə qəbuledilməzdir
    General Cəzayiri: İranın raket qüdrəti haqda hər hansı müzakirə qəbuledilməzdir

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü bildirib: İranın raket qüdrəti haqda hər hansı müzakirə ümumiyyətlə qəbuledilməzdir.

İRNA-nın məlumatına görə, general-leytenant Seyid Məsud Cəzayiri şənbə günü deyib: İranın müdafiə qüdrəti İslam İnqilabı düşmənləri qarşısında ən önəmli önləyici amildir və həmişə inkişaf yolunda hərəkət edəcək. 

İran İslam Respublikası Silahlı Qüvvələri sözçüsü əlavə edib: İran İslam Respublikasının müdafiə qüdrətinin artırılması İslam İnqilabının Böyük Rəhbəri və İran xalqının vurğuladığı məsələdir. 

General Cəzayiri həmçinin İranın müdafiə qüdrəti haqda müzakirə aparmağı istəyən bütün şəxslərə tövsiyə edib ki, İranın raket və müdafiə sektoruna girmək üçün cəhdlər göstərməyə zəhmət çəkməsinlər. 

İran İslam Respublikası rəsmiləri dəfələrlə İranın müdafiə proqramları, o cümlədən raket proqramını İslam Respublikasını qırmızı xətti olduğunu qeyd edib və bildiriblər: İranın müdafiə və raket siyasətləri ölkənin müdafiəsi və regionun, sülhü, stabilliyi və təhlükəsizliyi üçündür. 

Vaşinqton və bəzi müttəfiqləri İran İslam Respublikasının müdafiə proqramlarının dayandırılmasını istəyirlər. 

Amerikalılar iddia edirlər ki, İranın raket sınaqları Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir. Halbuki Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun sözçüsü Nəbila Massrali bildirib ki, İranın raket sınağı Əhatəli Müştərək Təşəbbüs Proqramını pozmur. 

Teqlər