Dek 07, 2017 09:40 Asia/Baku
  • "Tələbə Günü"; İran xalqının hegemonçuluq ilə mübarizə simvolu

Bu gün 7 dekabr İran İslam Respublikası təqvimində "Tələbə Günü"dür.

16 azər 1332-ci ildə (6 dekabr 1953) İranlı tələbələr ABŞ-ın o zamankı prezidentinin müvini Riçard Niksonun İrana səfəri ilə bir vaxtda Vaşinqtonun İranın daxili məsələlərinə müdaxilə etməsinə etiraz olaraq Tehran Universiteti önündə aksiya keçirmişdilər. Bu etiraz aksiyası Pəhləvi rejiminə bağlı hərbçilərin hücumu ilə qanlı hadisəyə çevrildi. Hərbçilərin aksiya iştirakçılarına hücumu zamanı 3 tələbə şəhid edildi, yüzlərlə nəfər də yaralandı. 

"Tələbə Günü" İran xalqının ABŞ-ın müdaxilə xarakterli siyasətləri ilə mübarizəsinin müəyyən bir kəsimini xatırladır. Buna görə də 16 azər İranda tələbə hərəkatının formalaşması günü olaraq böyük əhəmiyyət daşıyır. 

Teqlər