Dek 11, 2017 11:01 Asia/Baku
  • Zərif: Avropa keçmiş səhvlərini təkrar etməsin
    Zərif: Avropa keçmiş səhvlərini təkrar etməsin

İranın xarici işlər naziri Amerikanın etimad ediləsi olmadığına toxunaraq, Avropadan istəyibdir ki, Ağ Evin ardınca getməyərək, keçmiş səhvləri təkrar etməsin.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın Nyu-York Tayms qəzetində dərc olunmuş qeydində İranın əsas nigarançılığını Avropanın nüvə anlaşmasından daha geniş məsələlərdə Ağ Evin ardınca getməsi adlandırıb və yazıbdır ki, Avropa tarixi təkrarlamağın qarşısını almalıdır.

Zərif bildirib ki, ötən on bir ayda Amerikanın İranın xoşməramlılığına cavabı, aqressivlik olub. O, əlavə edib: İqlim dəyişikliyindən tutmuş Qüds məsələsinədək Amerikanın etimad ediləsi olmaması proqnoz edilirdi.

İranın diplomatiya aparatının başçısı vurğulayıb ki, İranın hərbi qabiliyyətləri beynəlxalq qanunlarla tənasübdə tamamilə müdafiə mahiyyətlidir. O, söyləyib: İraqın öldürülmüş diktatoru Səddam SSRİ raketlərilə İran şəhərlərini bombalayarkən dünya nəinki susdu, həm də heç bir ölkə hətta İranın təcavüzkarın qarşısını almaq qüdrətinə malik olması üçün belə, İslam Respublikasına silah satmadı.

Teqlər