Zərif: Azərbaycan R. İranın qardaşıdır
İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb və onunla iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi yollarını və regiondakı problemləri müzakirə edibdir.
İRNA-nın məlumatına görə, bu görüşdən sonra Məhəmməd Cavad Zərif jurnalistlər qarşısında qeyd edib ki, son dörd ildə iki ölkə prezidentləri 10 dəfə görüşüblər və bu görüşlər toplusu İranın qonşu və qardaş Azərbaycan Respublikası ilə əlaqələrinin misilsiz inkişafından xəbər verir.
İran İslam Respublikasının xarici işlər naziri həmçinin çərşənbə axşamı günü gecə İranın Bakıdakı səfirlik binasının bərpa işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bu görüş zamanı Zərif jurnalistlərə açıqlamasında bildiribdir ki, İran, Azərbaycan Respublikası və Türkiyə xarici işlər nazirlərinin 5-ci yığıncağında üç ölkə iqtisadi əməkdaşlıqlar və terrorizmlə mübarizə məsələlərini nəzərdən keçirəcək.
İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli iclası bu gün dekabrın 20-də Bakıda keçiriləcək.