Laricani: Regionda terrorizmlə mübarizə bitməyib
İran İslam Şurası Məclisinin sədri regionda terrorizmlə mübarizənin bitmədiyini bildirərək, deyib ki, İslamabad iclası bu fenomen ilə regional mübarizə yollarını araşdıracaq.
Əli Laricani "Terrorizmlə mübarizə problemləri və regional əməkdaşlıqların rolu" adlı yığıncaqda iştirak emək üçün bu gün Tehrandan Pakistanın paytaxtı İslamabada yola düşməzdən öncə müxbirlər qarşısında əlavə edib: Hərçənd İŞİD terror qrupu məhv edilib, amma regionda terrorizm məsələsi başa çatmayıbdır.
İran İslam Şurası Məclisinin sədri terrorizmlə mübarizədə regional həmkarlıqların rolunun araşdırılmasını İslamabad iclasının digər hədəflərindən adlandırıb. O, deyib: İŞİD terrorçuları digər ölkələrdə də fəaliyyətə başlaya bilərlər, buna görə, region ölkələrinin bu sahədəki həssaslğı diqqətəlayiqdir.