Laricani İslamabadda Pakistan Senatının sədri ilə görüşüb
İran İslam Şurası Məclisinin sədri Tehranın İslamabadla siyasi, təhlükəsizlik, iqtisadi və parlament əməkdaşlıqlarının inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
İRİB-in məlumatına görə, Əli Laricani bazar günü İslamabadda "Terrorizmlə mübarizənin problemləri və regional əməkdaşlıqların rolu" adlı konfransın kənarında Pakistan Senat Məclisinin sədri Rza Rəbbani ilə görüşdə ABŞ-ın Əfqanıstandakı uğursuz iştirakına toxunub və deyib: ABŞ Əfqanıstandakı problemini həll etmək üçün başqa ölkələri suçlamağa çalışır.
İran parlamentinin sədri bildirib: ABŞ islam ölkələrinin əmlakını qarət etmək ardıncadır və elə buna görə, yeni planlarla bəzi ölkələri aldadıb.
Pakistan Senat Məclisinin sədri Rza Rəbbani də bu görüşdə ABŞ-ın Qüds haqdakı son qərarının Fələstində başqa bir intifazənin formalaşması və gərginliyin artmasına səbəb olduğunu bildirib və islam ölkələrinin əməkdaşlıqlarını vurğulayıb.