Terrorizmlə təsirli mübarizə region ölkələrinin birliyindən asılıdır
https://azeri.sahartv.ir/news/İran-i290275-terrorizmlə_təsirli_mübarizə_region_ölkələrinin_birliyindən_asılıdır
İran İslam Şurası Məclisinin sədri terrorizmlə təsirli mübarizənin region ölkələrinin birliyindən asılı olduğunu bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 25, 2017 18:01 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri terrorizmlə təsirli mübarizənin region ölkələrinin birliyindən asılı olduğunu bildirib.

Əli Laricani bu gün Pakistanda terrorizmlə mübarizə problemləri iclasında iştirak edən ölkələrin parlament sədrlərilə ikitərəfli görüşlərdən sonra müxbirlər qarşısında region ölkələrinin birliyinin İraq və Suriyada İŞİD terror qrupu ilə mübarizədəki təsirinə toxunaraq, deyib ki, bu birlik böyük ölkələrin regionda terrorizmi gücləndirmək üzrə cəhdlərini zərərsizləşdirdi.

İran İslam Şurası Məclisinin sədri bildirib ki, terrorizmlə mübarizə üzrə növbəti iclas gələn Tehranda keçiriləcək. O, deyib: Bu müddətdə terror qruplarının məhv edilməsi və regionda sülhün bərqərarı üçün daha yaxşı həll yolları araşdırılacaq.

Laricani habelə İranda investisiya sahələrinin və iqtisadi əlaqələrin genişləndirilməsinin araşdırılmasını Pakistanda terrorizmlə mübarizə problemləri iclasında iştirak edən ölkələrin parlament sədrlərilə məşvərətlərinin digər mühüm mehvərlərindən adlandırıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani "Terrorizmlə mübarizə problemləri və regional əməkdaşlıqların rolu" adlı konfransda iştirak etmək üçün İslamabada səfər edibdir.

Pakistan milli məclisinin təşəbbüsü, eləcə də altı ölkənin, o sıradan İran İslam Respublikası, Pakistan, Rusiya, Əfqanıstan, Çin və Türkiyənin iştirakı ilə keçirilən bu iclas Pakistanın paytaxtı İslamabadda təşkil olunubdur.