Dek 31, 2017 07:48 Asia/Baku
  • İnqilab Rəhbəri: Əgər ruhaniyyət mübarizə meydanında olmasaydı, İslam İnqilabı baş verməzdi
    İnqilab Rəhbəri: Əgər ruhaniyyət mübarizə meydanında olmasaydı, İslam İnqilabı baş verməzdi

İslam İnqilabının Böyük Rəhbəri Qom vilayətinin ruhani şəhidləri və fədakarları konfransının təşkilatçıları ilə görüşdə deyiblər: Əgər ruhaniyyət mübarizə meydanında olmasaydı, İslam İnqilabı baş verməzdi.

Həzrət Ayətullahuluzma Xamenei 2017-ci il noyabrın 13-də keçirilmiş bu görüşdə ruhaniyyətin Allah yolunda cihad, mübarizə və şəhadət meydanında ciddi və geniş iştirakını son dərəcə mühüm adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei ruhani məcmuələrinin ölkə tarixinin müxtəlif dövrlərində mübarizə meydanından kənarda qalmalarının zərərlərinə toxunaraq, əlavə ediblər: Tarixin bəzi dövrlərində ruhaniyyət müstəbidlər və istismarçılara qarşı mübarizə meydanından kənarda qaldığına görə, zərbə aldı, amma ruhaniyyət İslam və İranın düşmənləri qarşısında sinəsini sipər edərək, mübarizə meydanına daxil olduğu zaman başıuca oldu ki, onun mükəmməl nümunəsi, İslam İnqilabı və İmam Xomeyni(r.ə)-in böyük hərəkəti gedişində baş verdi.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıb ki, əgər ruhaniyyət tağut rejimi ilə mübarizəyə girməsəydi, heç vaxt İslam İnqilabı baş verməzdi. O, həzrət deyiblər: Ziyalı və siyasi qrup və partiyaların heç biri müstəbid monarxiya hökumətini devirməyə qadir deyildi və xalqın səhnədə geniş iştirakı və Allah yolundakı o həcmdə xalis fədakarlıq və canfəşanlıq, ruhaniyyətin iştirakı və mübarizənin dini cəhətindən irəli gəlirdi.

Həzrət Ayətullahuluzma Xamenei ruhaniyyətin bugünkü vəzifəsini inqilabçı olmaq, düşməni tanımaq və onun hiylələrilə mübarizəyə hazır olmaq adlandırıb və belə söyləyiblər: Şəhadət Allah-Taalanın yanında ən böyük dərəcədir ki, hər kəsə nəsib olmur və biz həsrətli baxışlarla şəhidlərin yüksək yeri və dərəcəsini arzu etməliyik.

Teqlər