Yan 05, 2018 17:45 Asia/Baku
  • İranın qərbində terrorçu münafiqlər qrupunun özəyi məhv edilib

İranın qərbində yerləşən Lorestan ostanının təhlükəsizlik baş idarəsi cümə günü təhlükəsizlik qüvvələrinin Brucerd şəhərində terrorçu münafiqlər qruplaşmasının özəyini məhv etdiyini bildirib.

Lorestan ostanı təhlükəsizlik baş idarəsinin verdiyi məlumata görə, terrorçu münafiqlər qruplaşmasının bu özəyi ötən günlərdə Lorestan ostanında xüsusilə Brucerd şəhərində bir çox təxribatçılıqlar törədiblər. 

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bu terrorçu dəstənin özəyinin üzvlərindən olan 4 nəfər həbs edilib. Onlardan biri çıxan qarşıdurmada yaralı olaraq ələ keçirilib. 

Ötən günlərdə İranın bir neçə şəhərində xalq aksiyalar təşkil etmək və şüarlar verməklə iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat mallarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

ABŞ, İsrail rejimi və Səudiyyə rejimi başçıları habelə, əcnəbi medialar bu etiraz aksiyalaraından sui-istifadə edərək, aksiyaları iğtişaş və xaosa doğru istiqamətləndirməyə çalışıblar. Amma, İran xalqı çərşənbə günündən etibarən müxtəlif şəhərlərdə geniş yürüşlər təşkil edərək, düşmənlər və fürsət ardınca olan iğtişaşçılara qarşı öz qəzəb və nifrətlərini bəyan edir.

Teqlər