İranın təhlükəsizlik naziri: Düşmənlər İranın sərt cavabını gözləsinlər
İranın təhlükəsizlik naziri ölkənin şimal-qərbində yerləşən Piranşəhr sərhəd məntəqəsində terrorçular tərəfindən üç təhlükəsizlik qüvvəsinin şəhid edilməsinə toxunaraq, vurğulayıb: İranın təhlükəsizlik qüvvələri tezliklə regiondakı əks-inqilabçı və terror qruplaşmalarına sərt cavab verəcəklər.
Son iğtişaşları davam etdirmək, həmçinin partlayış törətmək və günahsız xalqı qırğın etmək üçün son zamanlar İrana daxil olmuş bir silahlı terror dəstəsi ötən çərşənbə günü yanvarın üçündə Piranşəhrdə kəşfiyyat nəzarəti altına alınıbdır. Terrorçular toqquşma zamanı bir kəndli qadını sipər edərək, İranın təhlükəsizlik məmurlarına tərəf atəş açıblar ki, bu zaman məmurlardan üçü şəhid olubdur.
Bu toqquşmada bir terrorçu da öldürülüb və bir neçə terrorçu isə yaralanıbdır.
İranın təhlükəsizlik naziri Mahmud Ələvi bu gün Urmiyyədə təhlükəsizlik qüvvələrinin üç şəhidinin matəm mərasimində bildirib ki, terror qruplaşmaları İran xalqının iradəsini ıqra bilməzlər. O, deyib ki, iranlı gənclər öz rəşadətlərilə düşmənlərin nəhs fitnələrini pozacaqlar.
Mahmud Ələvi əlavə edib: İranın təhlükəsizlik qüvvələri heç vaxt düşmənə İran İslam Respublikasının təhlükəsizliyini pozmaq icazəsi verməyəcəklər.