Yan 14, 2018 20:24 Asia/Baku
  • Sabah İranda ümumi matəm elan olunub
    Sabah İranda ümumi matəm elan olunub

İranın "Sançi" neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsinin ardınca İran hökuməti bir bəyanat yayaraq, sabah ölkədə ümumi matəm elan edib.

İran hökuməti yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və  yaxınlarına başsağlığı verərək, sabah bazar ertəsi gününü ölkədə ümumi matəm elan edib.

6 yanvarda Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.

İranın Limanlar və Dənizçilik Təşkilatı bu gün "Sançi" neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib.

"Sançi" tankerinin 32 ekipaj üzvünün 30-u iranlı, 2-si isə Banqladeş vətəndaşı olub.

Teqlər