Yan 14, 2018 22:00 Asia/Baku
  • Trampın İran qarşısında tələblər qoyması təbliğat xarakteri daşıyır
    Trampın İran qarşısında tələblər qoyması təbliğat xarakteri daşıyır

İran silahlı qüvvələrinin sözçüsü deyib: İran İslam Respublikası özünün müdafiə qüdrəti ilə bağlı heç bir tərəf ilə müzakirə və ya bazarlıq etmir.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Məsud Cəzairi bazar günü ABŞ prezidenti Donald Trampın İranın müdafiə qüdrətinin zəiflədilməsi ilə bağlı açıqlamasına reaksiya olaraq deyib: Bu günlər ABŞ-ın hərbi-müdafiə məsələləri ilə bağlı İran qarşısında qaldırdığı tələblər daha çox təbliğat xarakteri daşıyır və psixoloji təsirlərə hesablanmış bir addımdır.

Donald Tramp cümə günü İran ilə nüvə anlaşması qarşısındakı öhdəliklərə sadiq qalması sənədini imzalaması ilə yanaşı 4 şərt irəli sürüb. Bu şərtlər İranın hərbi mərkəzlərində təftişlərin aparılması, raket proqramının sanksiyalara məruz edilməsi, nüvə anlaşmasına dəyişikliklərin edilməsi və məhdudiyyətlərin həmişəlik olaraq qalmasıdır. Tramp tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə ölkəsinin nüvə anlaşmasından çıxması ilə təhdid edib.

Teqlər