Laricani: Təhlükəsizlik məsələlərində İran-Türkiyə əməkdaşlığı vacibdir
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar hələ də Suriyada avantüra ardıncadırlar, bu üzdən, regionun təhlükəsizlik məsələlərində İran-Türkiyə əməkdaşlığı vacibdir.
Əli Laricani İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin Tehranda keçirilən on üçüncü konfransının kənarında və Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman ilə görüşündə əlavə edib ki, amerikalılar region ölkələrinin vəziyyətini qarışdırmaq ardıncadırlar və onun nişanələri də görünməkdədir.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Fələstin xalqını və Qüdsü himayəyə təkid edərək, deyib: Amerikalılar Fələstin və Qüdsi-Şərif məsələsinin aradan götürülməsinin ardıncadırlar, lakin Fələstin məsələsinin kompromiss qurbanı olmasına icazə verilməməlidir və bu məsələdə Türkiyənin rolu vacibdir".
Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman da İran və Türkiyənin regionda sülhün bərqərar edilməsindəki mühüm rolunu qeyd edərək deyib: Bəziləri terrorizmi yaymaqla problem yaratmaq istəyirlər və bu sahədə İran və Türkiyənin onlarla mübarizə üzrə əməkdaşlığı səmərəli olacaqdır.